"Liverpul" klubunun qvineyalı futbolçusu Nabi Keyta Ramazan bayramı münasibəti ilə xalqına yardım edib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ölkəsində yaşayan müsəlmanlara 30 ton düyü bağışlayıb.
Qeyd edək ki, Keyta bu mövsüm 16 maçta "Liverpul" forması ilə meydana çıxıb.