İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub bəlli olub.

Offsideplus.az xəbər verir ki, dünən "Vulverhempton"a 0:1 hesabı ilə uduzan "Şeffild Yunayted" İngiltərənin top liqasını tərk edəcək.

Belə ki, turnirin başa çatmasına 6 tur qalmış, "Şeffild Yunayted" 32 oyuna 14 xal toplaya bilib. Komanda növbəti mövsüm üçün liqada qalmağa imkan verən 17-ci sıradan 19 xal geri qalır.

Bununla da, "Şeffild Yunayted" çempionatı son üç pillədə birində başa vuracaq və Premyer Liqanı tərk edəcək.