"Çelsi" Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə "Portu"ya məğlub oldu - 0:1.

Lakin ilk oyunda Portuqaliyada əldə olunan zəfər (2:0) "zadəganlar"a tarixində 8-ci dəfə yarımfinala adlamağa kömək etdi.

Offsideplus.az xəbər verir ki, "Çelsi"nin yarımfinala yüksəlməsi İngiltərə klubları arasında rekord göstəricinin qeydə alınmasına səbəb olub. Belə ki, Çempionlar Liqasının formatı dəyişilən ildən - 1991/92 mövsümündən bu yana İngiltərə təmsilçilərindən heç biri bu sayda yarımfinal sevinci yaşamayıb.

Ən yaxşı göstərici "Mançester Yunayted"də idi ki, "qırmızı şeytanlar"ın üzü 7 dəfə gülmüşdü. "Liverpul" 5 dəfə yarımfinalşı olubsa, "Arsenal"ın aktivində 2 rəqəmi yazılıb.

Qeyd edək ki, "Çelsi" 2013/14 mövsümündən bu yana yarımfinala yüksələ bilmirdi. Londonlular finala yüksəlmək üçün "Real"la "Liverpul"dan birini yolundan kənarlaşdırılmalıdır. Yarımfinal matçları aprelin 27-də və mayın 4-də keçiriləcək.