"Arsenal"ın futbolçusu Kiran Tirninin son durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki,  İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul”la oyununda (0:3) xəsarət alan 23 yaşlı müdafiəçi uzun müddətə sıradan çıxıb. Futbolçu təxminən  4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, bir neçə gün öncə "Arsenal"ın daha bir müdafiəçisi David Luis də zədələnmişdi.