"Trabzonspor"un "çərçivə" qoruyucusu Uğurcan Çakır Avropa nəhənglərinin diqqət mərkəzindədir.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, 24 yaşlı qapıçının Türkiyə millisinin heyətində Niderland və Norveç millilərinə qarşı inamlı çıxışından sonra "Liverpul" trabzonluların "qapısını döyüb". İngiltərə təmsilçisi türklərə 17 milyonluq təklif göndərib. Lakin "Trabzonspor"un Uğurcanı bu məbləğə satacağı inandırıcı görünmür.
Çünki ötən yay Milan "İnter"i Çakır üçün "Trabznspor"a 20 milyon avroluq təklif göndərəndə "bordo-mavilər" 25 milyon istəmişdi.
Qeyd edək ki, istedadlı qolkiper cari Super Liqa mövsümündə 28 oyunda forma geyinib.