2013-cü ildə "Stok Siti"də çıxış edən Asmir Beqoviç "Sauthempton"un qapısına qol vuraraq (91,9 metr) "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "ən uzaqdan vurulan qol" kimi futbol tarixinə düşən həmin qola baxmayaraq oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Beqoviçin rekordunu bu il yanvarın 19-da "Çeltenhem Taun"a qarşı oyunda fərqlənən Tom Kinq qırıb (96,1 metr).

Xatırladaq ki, hazırda "Bornmut"da oynayan 33 yaşlı qolkiper 2019-20 mövsümündə "Qarabağ"ın formasını geyinib.