Türkiyə millisinin və "Trabzonspor" klubunun qapıçısı Uğurcan Çakır çıxışı ilə müştərilərinin sayını artırıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı qolkiper İngiltərə nəhəngi "Liverpul"un transfer hədəfinə çevrilib.
"Qırmızılar" Uğurcan Çakır üçün Super Liqa təmsilçisinə 17 milyon avro təklif edib. Mersisayd klubunun skautları qapıçını izləməkdə davam edir. Yay transfer pəncərəsi dövründə "Liverpul" sözügedən oyunçunu sıralarına qatmağa çalışacaq.
Qeyd edək ki, Çakırla "Fiorentina", "Sevilya" və "Leyptsiq" klubları da maraqıanır.