"Liverpul"un futbolçusu Jerdan Şakiri ilə 3 klub yaxından maraqlanır.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı vinger "Latsio", "Sevilya" və "Fənərbağça" klublarının hədəfindədir. Şakirinin transfer yarışında "Latsio"nun şansı çox olsa da, "sarı-lacivərtlər"in sona qədər mübarizə aparacağı bildirilir.
Qeyd edək ki, isveçrəli futbolçu 2018-ci ildə "Stok Siti"dən "Liverpul"a keçid edib.