"Liverpul"un baş məşqçisi Yürqen Klopp futbolçusu barədə tənqidlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Ozan Kabakdan razı qaldığını dilə gətirən 53 yaşlı mütəxəssis, 20 yaşlı müdafiəçisinə tərif yağdırıb:

"Komandaya 20 yaşlı bir gənc futbolçu gətirirsiniz və ondan bütün problemləri bir saniyə ərzində həll etməsini gözləyirsiniz. Ona heç vaxt da vaxt vermirsiniz. Biz belə şeylərin bu şəkildə görməmişik və görmürük də. Ozan komandaya gəldiyi ilk andan etibarən çox yaxşı oynayıb.

O, hələ ki, ən yaxşı oyununu göstərməyib. Ben Devieslə da belə şeylər danışırdıq. Amma Ozan gəldiyi vaxt dərhal oynamağa başlayıb. İndi isə komandaya uyğunlaşmağa çalışır. Ozanın çıxışından razıyam".