Ris Ceyms qarşılaşdığı irqçi təhqirlərə görə sosial şəbəkə hesabını silib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı müdafiəçi yanvar ayında  “meymun sifətli, iylənmiş zibil”, “Çirklənmiş qara dəri ilə necə yaşaya bilərsən”, “Üzün ürək bulandırır” kimi sözlərlə təhqir edilib.  Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən "Çelsi"nin futbolçusu "Nələrisə dəyişmək lazımdır", deyə cavab verib. 

Gənc oyunçu bu təhqirlərin ardından "İnstaqram" hesabını silmək qərarına gəlib.