“Çelsi” klubu dünən İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Liverpul”a 1:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, həmin matç “zadəganlar”ın futbolçusu Sesar Aspilikueta üçün əlamətdar olub.

Belə ki, “Liverpul”la görüş ispan müdafiəçinin “Çelsi”nin heyətində 411-ci oyunu olub.

Qeyd edək ki, təcrübəli futbolçu 2012-ci ildən "Çelsi"də çıxış edir.