"Mançester Yunayted"in çalışdırıcı Ole-Qunnar Sulşer səs-küylü açıqlama ilə gündəmə gəlib.

Norveçli mütəxəssis mətbuata açıqlamasında sərəncamındakı futbolçuları yığmaların düşərgəsinə buraxmaq istəmədiyini bildirib.

Offsideplus.az "Goal"a istinadla Sulşerin dediklərini təqdim edir: "Hələ ki, bu suala tam cavab tapmamışıq. Lakin heç bir futbolçumuzu İngiltərəyə qayıdandan sonra 10 günlük karantina görə itirmək fikrində deyilik. Biz futbolçulara maaş veririk, onlar da bizə fayda verməlidir. Digər tərəfdən, FİFA-nın göstərişi əsasında klublar futbolçuları millilərin düşərgəsinə buraxmaya bilər. Məncə, futbolçuları adı "qırmızı siyahı"da olan ölkərə buraxmaq böyük riskdir. Məsələn, Bruno Fernandeşi yığmaların oyunlarından sonra keçiriləcək "Brayton" və "Tottenhem"lə matçlar üçün düşünürəm. Üstəlik, Avropa Liqasında mərhələ adlamaq üçün yaxşı şansımız var. Açıq deyirəm, Brunonu buraxmaq istəmirəm".

Qeyd edək ki, yığmaların oyunları martın 24-də və 31-də keçiriləcək.