"Mançester Yunayted"in futbolçusu Qaret Sautqeytin əlindən boğaza yığılıb.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Aaron Uan-Bissaka İngiltərə millisinə dəvət almamasından narazıdır. 2018-19 mövsümündə "Kristal Palas"ın, son 2 ildə "Mançester Yunayted"in əvəzedilməz futbolçularından olan müdafiəçi xeyli vaxtdır yığmadan təklif gözləyir. Lakin millinin baş məşqçisi Sautqeyt heç bir halda ona güvənmir.
Odur ki, İngiltərə millisinin DÇ-2022-nin martdakı seçmə mərhələ hazırlıqları Uon-Bissaka üçün son mərhələdir. Bu dəfə də dəvət göndərilməsə, 23 yaşlı futbolçu İngiltərə vətəndaşlığından imtina edəcək. Belədə Konqo Demokratik Respublikasının millisinin uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Aaron cari Premyer Liqa mövsümündə 24 oyunda forma geyinərək 2 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi kimi yadda qalıb.