Erlinq Haaland 2018-ci ildə "Mançester Yunayted"in futbolçusu ola bilərmiş. Lakin bu baş tutmayıb.

Offsideplus.az AS-a istinadla xəbər verir ki, sövdələşmənin baş tutmasına saat fərqi mane olub. Belə ki, İngiltərə nəhəngi lazım olan bütün sənədləri hazırlayıbmış. Hətta bununla bağlı futbolçunun agentinə xəbər verilib. Lakin həmin saata qədər məktub gəlmədiyindən, norveçli futbolçu 3 milyon avro qarşılığında "qapıda gözləyən" "Zalsburq"a razılıq verib. 

Qeyd edək ki, Norveçlə İngiltərə arasında 1 saatlıq fərq var.