Joze Mourinyoya "Tottenhem"də martın 10-na qədər vaxt verilib.
Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, paytaxt təmsilçisi bu müddətdə 4 oyun keçirəcək: 3-ü Premyer Liqada, 1-i Avroliqada. Londonlular bu matçlarda lazım olan nəticələrə imza ata bilməsələr, Mourinyo ilə əməkdaşlığa son qoyulacaq.
Artıq onun yerinə namizəd də var. İngilis həmkarlarımız klub rəhbərliyinin "Leypsiq"in baş məşqçisi Yulian Naqelsmanna göz qoyduğunu iddia edir. Portuqaliyalı mütəxəssis göndərilsə, yerinə alman gətiriləcək.