“Stok Siti” klubunun futbolçusu Rayan Şoukross karyerasını ABŞ-ın MLS liqasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “İnter Mayami” klubuna keçib.
Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan müdafiəçi 2008-ci ildən “Stok Siti”də çıxış edirdi. Şoukross İngiltərə yığmasında bir oyuna çıxıb.