"Liverpul"un baş məşqçisi Yürqen Klopp Ozan Kabakın keçmişi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 53 yaşı mütəxəssis türk futbolçunun aşağı yaş qrupunda çıxış etdiyi "Qalatasaray"dan söz açıb. Alman çalışdırıcı "Cim-bom"u dünyanın ən yaxşı komandalarından biri adlandırıb: "İstanbulda olarkən dünyanın ən böyük komandalarından birində çıxış edib. Bu futbolçu həmişə liqanın zirvəsində olmalı idi".
Xatırladaq ki, "Liverpul" qış transfer dönəminin son günündə icarə əsasında "Şalke"dən Ozan Kabakı heyətinə qatıb.