"Liverpul"un son 2 oyunu qalib başa vurması Məhəmməd Salahı dilə gətirib.

Offsideplus.az xəbər verir ki, komandanın misirli ulduzu "tvitter" səhifəsində paylaşım edərək azarkeşlərə səslənib: "Son mövsümlər ərzində ən çətin dönəmdə idik. Çempionuq və sona qədər çempiona xas şəkildə mübarizəyə davam edəcəyik. Mövsümün qalan hissəsi uğursuzluqlarla müşahidə oluna bilməz. Bunu sizə söz verirəm".

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında topladığı 40 xalla 4-cü pillədə yer alıb. Salah isə 21 oyunda 17 qol vurub.