"Tottenhem" İngiltərə Premyer Liqasında çıxdığı son 6 oyundan 5-də məğlub olub.

Offsideplus.az xəbər verir ki, bu baş məşqçi Joze Mourinyonun üzərində müəyyən qədər təzyiq yaradır. Lakin, "Atlethic" nəşri klub rəhbərliyinin təcrübəli mütəxəssisi istefaya göndərmək fikrinin olmadığını bildirib. 

Lakin işlər yolunda getmərsə, klub rəhbərliyi onun yerinə gətirəcəyi şəxsi artıq tapıb. Belə ki, "Leyptsiq"in 33 yaşlı baş məqşçisi Yulian Naqelsmanın "Tottenhem"də heyranları var. O, Mourinyonu əvəzləyəcək əsas namizəd kimi nəzərdə tutulub.

Qeyd edək ki, Naqelsman "Telegraph" nəşrinə açıqlamasında Premyer Liqanın maraqlı olduğunu və bir gün Yürqen Klopp kimi uğurlu baş məqşçi ola bilməyin böyük imkan olduğunu açıqlayıb.