Məlum olduğu kimi "Liverpul" klubu "Şalke"dən türkiyəli futbolçu Ozan Kabakı heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi Mersisayd təmsilçisində icarə əsasında çıxış edəcək. Türkiyə mediasında yer alan xəbərə görə, əslində "Liverpul"un transfer hədəfi Ozan yox Xalidu Kulibali olub. Ancaq "Napoli"nin 29 yaşlı seneqallı futbolçu üçün 100 milyon avro tələb etməsi "qırmızılar"ın işini çətinə salıb.
Bu səbəbdən alternativ axtaran Kloppun son "dayanacağı" Ozan Kabak olub.
Qeyd edək ki, türkiyəli oyunçu hələ "Liverpul"un heyətində debüt etməyib.