İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi qarşılaşmasında “Liverpul” “Enfild Road”da “Mançester Siti”yə məğlub oldu – 1:4. Mersisaydlıların növbəti yenilgisindən sonra ortaya bir çox diqqətçəkən statistik göstəricilər çıxdı.

Offsideplus.az çoxlarının bilmədiyi maraqlı faktları təqdim edir.

* "Qırmızılar” “şəhərlilər”lə “ev”də oynadığı 29 qarşılaşmada yalnız 1 matçda bu rəqibinə boyun əymişdi ki, bu, 2003-ün mayında olmuşdu.

* “Liverpul” son 65 ildə ilk dəfə Premyer Liqada ardıcıl 3 “ev” oyununda məğlub oldu.

* Premyer Liqada qolla sonuclanmayan son 6 penaltidən 4-ü “Siti”nin hesabındadır.

* Mançesterlilər “Liverpul”la oyunlarda penaltidən fərqlənməkdə çətinlik çəkir. 2018-də Mahrez, 2020-nin noyabrında De Brüyne, dünən isə İlkay.

* İlkay demişkən, Almaniya millisinin üzvü dekabrın 15-dən bu yana Premyer Liqada 9-cu qolunu vurdu.

* “Liverpul” 22 ildir “Enfild”də böyük hesabla məğlub olmurdu. Sonuncu dəfə 1999-cu ildə qonaqlar mersisaydlıların meydanında 5 cavabsız qol vurmuşdu.

* Məhəmməd Salahın penaltidən vurduğu qol uğursuz seriyanın başa çatması idi. Belə ki, bu, “Liverpul”un 2021-də “Enfild”də ilk qoluydu. Yurgen Kloppun yetirmələri “ev”də 410 dəqiqə idi qol vurmurdu.

* Bu qol həm də “Mançester Siti”nin “quru” oyunlar seriyasının başa çatması demək idi. “Şəhərlilər” Premyer Liqada 602 dəqiqə idi qapısında top görmürdü.

* Sterlinq 2015-ci ildə “Liverpul”dan ayrılandan sonra ilk dəfə “Enfild”də sabiq komandasının qapısına yol tapdı.

* Sterlinq Pep Qvardiolanın rəhbərliyi altında 100 qol vurmağı bacaran 3-cü futbolçu oldu. Rəhimə qədər Lionel Messi (211) ilə Kun Aquero (120) bunu bacarmışdı.

* Kobud səhvlərlə yadda qalan Alisson “Who Scored”dən 3,73 bal aldı ki, bu, cari Premyer Liqa mövsümünün ən zəif göstəricisidir.

* Fil Foden “Enfild”də “qol+ötürmə” göstəricisində ən gənc futbolçu kimi tarixə düşdü (20 yaş, 255 gün)

* Yeri gəlmişkən, Foden cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 10-cu qolunu vurdu. “Böyük beşlik”də bunu bacaran yalnız bir nəfər var, həm də Fildən yaşça kiçikdir – Erlinq Haaland (20 yaş, 201 gün).

* Pep Qvardiola məşqçilik karyerasında ilk dəfə “Enfild”də qələbəyə sevindi.

* Bu oyun Yurgen Kloppla Pep Qvardiolanın məşqçi kimi 21-ci dueliydi. Dünənki duelə qədər qələbə sayında alman çalışdırıcı 9-8 hesabıyla öndəydi. İndi hesab bərabərdir – 9:9. Daha 3 görüş heç-heçə başa çatıb.