"Liverpul"un sabiq futbolçusu Ceymi Rednapp baş məşqçi Yürqen Kloppun "Bavariya"ya gedəcəyini deyib.

Offsideplus.az "SkySports"a istinadən xəbər verir ki, 47 yaşlı keçmiş futbolçu Kloppun gələcəkdə Bundesliqa nəhənginə baş məşqçilik edəcəyini açıqlayıb. 

"Bir neçə il ərzində o, "Liverpul"u tərk edə və "Bavariya" kimi komandaya rəhbərlik edə bilər".

Qeyd edək ki, transfer məsələlərində pul xərcləmədiyini açıqlayan alman mütəxəssis oyunçu cəhətdən "qırmızılar"la çətinlik çəkir.