"Çelsi" azarkeşləri komandanın əfsanəsi və bu yaxınlarda istefaya göndərilən baş məşqçisi Frenk Lemparda həsr etdikləri pankartı stadiondan götürüblər.

Offsideplus.az xəbər verir ki, onlar bunu ötən tur "zadəganlar"ın "Börnli"ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra ediblər.

"The Sun" nəşrinin yazdığına görə, "Çelsi"lilər klubun yeni baş məşqçisi Tomas Tuxelə jest olaraq bunu həyata keçiriblər.

"Biz Frenkə etibar edirik: Bu gün, sabah və sonsuzadək" sözləri həkk edilmiş pankart artıq "Stemford Bric" arenasını bəzəməyəcək.

Qeyd edək ki, London təmsilçisi rəhbərliyi gənc mütəxəssisi göstərdiyi zəif nəticələrə görə və davamlı uğursuzluq fonunda istefaya göndərib.

fgfgere