"Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp komandanın əsas müdafiəçisi Virgil Van Deyklə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis niderlandlı futbolçunun bu mövsümün qalan hissəsində bir oyuna belə çıxma ehtimalının olmadığını bildirib.
Zədəsi ciddi olan müdafiəçinin növbəti mövsüm üçün hazır olacağı ehtimal edilir.
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi oktyabr ayında "Everton"la keçirilən matçda ağır zədə alaraq meydanı tərk etmişdi.