Türkiyə millisinin üzvü Ozan Kabak rəsmi olaraq "Liverpul" heyətinə qatılıb.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yürqen Klopp 20 yaşlı mərkəz müdafiəçisi barədə danışarkən yaxın dostu və "Şalke"nin keçmiş rəhbəri Devid Vaqnerin onu komandanın gələcək kapitanı adlandırdığını bildirib:

"Devid onun haqqında çox pozitiv düşünürdü. "Şalke"yə gənc yaşlarında gəldi və hər kəs əmin idi ki, o çox böyük futbolçu olacaq. Devid həmişə onun gələcək kapitan olacağına inanıb. Kabak çox yaxşı xarakterə sahidir".

Qeyd edək ki, "Liverpul" Ozan Kabakı mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb