İngiltərə Premyer Liqasının 21-ci turunda ötən gecə keçirilən “Vest Hem” – “Liverpul” oyununda maraqlı hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, matçın 57-ci dəqiqəsində qonaqların baş məşqçisi Yurgen Klopp Ceyms Milneri Kertis Consla əvəzləyib.
Milner meydanı tərk etdikdən sonra sakit şəkildə baş məşqçidən onu əvəzləməsinin səbəbini soruşub. Kloppun isə ona bununla bağlı nəyisə başa saldığı kameralara tuş gəlib.
Ən maraqlısı isə meydanda baş verib. Kertis Cons Klopla Milnerin söhbəti zamanı, yəni meydana daxil olan dəqiqədə Məhəmməd Salaha ötürmə verib, misirli hücumçu isə topu qapıdan keçirərək hesabı açıb.
Bu zaman artıq ehtiyat oyunçular skamyasına tərəf gedən Milner geri dönərək Kloppu qucaqlayıb və qolun sevincini birlikdə qeyd ediblər.
“Liverpul”un 3:1 qələbəsi ilə başa çatan çatan görüşün final fitindən sonra Klopp paltardəyişmə otağına Milnerlə birlikdə gedib.
Almaniyalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında dəyişiklik zamanı Milnerlə olan dialoqundan da danışıb: “Mən oyundan əvvəl ona çox qaçmalı olduğumu demişdim. Milner isə dəyişiklik vaxtı mənə bildirdi ki, “çox qaçmağımı istəyirsən, indi də əvəzləyirsən”. Bəli, bir az gülməli mənzərə oldu”. (Qol.az)