İngiltərə Premyer Liqasının 21-ci turunda "Çelsi" doğma meydanda "Börnli"ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, yeni baş məşqçi Tomas Tuxellə ikinci oyununa çıxan "zadəganlar" inamlı qələbəyə sevinib. "Börnli" səfərdən 2:0 hesabıyla məğlub olaraq qayıdıb. Sentyabr ayından bəri Frenk Lempard tərəfindən heyətə salınmayan Markos Alonso isə gözəl qol vuraraq fərqlənib.

Oyunun geniş icmalını təqdim edirik:

"Çelsi" - "Börnli" 2:0 (S.Azpilikueta, 40. M.Alonso, 84.)