Başa vurduğumuz həftənin əvvəllərində "Çelsi"də istefaya göndərilən Frenk Lemparda sonradan nə qədər ödəniş edildiyi məlum olub.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi qovduğu baş məşqçiyə 2 milyon funt-sterlinq məbləğində pul ödəyib. 2018-ci ildə Antonio Konteyə ödənilən təzminat məbləğini nəzərə alsaq bu məbləğ onun yanında heç nədir.
"Çelsi"nin indiyə qədər yola saldığı baş məşqçilərə sonradan ödəniş siyahısını təqdim edirik:
Rafael Benitez (May, 2013) - ödəniş edilməyib
Qas Hiddink (May, 2016) - ödəniş edilməyib
Frenk Lempard (Yanvar, 2021) - 2 milyon funt-sterlinq
Avram Qrant (May 2008) - 5.2 milyon funt-sterlinq
Klaudio Ranieri (May 2004) - 6 milyon funt-sterlinq
Karlo Ançelotti (May 2011) - 6 milyon funt-sterlinq
Jose Mourinyo (Dekabr, 2015) - 8.3 milyon funt-sterlinq
Roberto Di Matteo (Noyabr, 2012) - 10.7 milyon funt-sterlinq
Andre Villas-Boas (Mart, 2012) - 12 milyon funt-sterlinq
Luiz Felip Skolari (Fevral, 2009) - 12.6 milyon funt-sterlinq
Jose Mourinyo (Dekabr, 2007) - 23.1 milyon funt-sterlinq
Antonio Konte (İyul, 2018) - 26.6 milyon funt-sterlinq
Ümumilikdə - 112.5 milyon funt-sterlinq