Başa vurduğumuz həftə "Çelsi" futbolçuları üçün heç də asan olmayıb. İngiltərə Kubokunda qarşılaşdıqları "Luton Taun" üzərində 3:1 hesablı qələbənin üzərindən 24 saat keçməmiş baş məşqçi Frenk Lempard istefaya göndərildi. Onun yerinə gələn Tomas Tuxellə ilk oyuna çıxan "zadəganlar" "Vulverhempton"la 0:0 hesablı heç-heçəyə razılaşdı.
Offsideplus.az xəbər verir ki, yeni baş məşqçi yeni taktikalarla gəlib. Komandanın məşq toplanışları alman mütəxəssisin qeyri-adi məşq metodları ilə gündəmə düşüb. Belə ki, Tuxel futbolçuları məşq etməsi üçün balaca toplardan istifadə eləməyə məcbur edib. 47 yaşlı mütəxəssis mini-topların futbolçuların fokuslanmağına kömək etdiyini bildirib. Futbolçularsa bundan təəccüblənib.
Thomas Tuchel has got his Chelsea players training with mini balls to help improve their control and the accuracy of their tackles.
— ESPN FC (@ESPNFC) January 29, 2021
He's also been known to make defenders hold tennis balls to stop shirt pulling and shape pitches into diamonds to encourage diagonal runs. pic.twitter.com/qOnNi9UrSv