“Çelsi”nin futbolçusu Ris Ceyms sosial şəbəkədə irqçi təhqirlərlə üzləşib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu ona ünvanlanan söyüşləri "İnstaqram" hesabında paylaşıb. Təhqirdə bu sözlər yer alıb:

"Meymun sifətli, iylənmiş zibil”, “Çirklənmiş qara dəri ilə necə yaşaya bilərsən”, “Üzün ürək bulandırır”.

Ris “Nələrisə dəyişmək lazımdır”, deyə açıqlama yazıb.

 Futbolçusunun müdafiəsinə qalxan "Çelsi" hər cür irqçiliyi, ayrı-seçkiliyi qınayan açıqlama yayıb. London klubu həmçinin müvafiq qurumları məsələni araşdırmağa dəvət edib.

 

 

Es7b9mDVgAAPmHd