İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Siti" "Bromviç"in qonağı olub.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" səfərdən 0:5 hesablı qələbə ilə qaydıblar. "Siti"nin türk futbolçusu İlkay Gündoğan dubl edərək fərqlənib. 

Xallarının sayını 41-ə çatdıran Pep Qvardiolanın komandası turnir cədvəlində ilk pillədə qərarlaşıb. 

Bol qollarla yadda qalan oyunun geniş icmalını təqdim edirik:

"Bromviç" - "Mançester Siti" 0:5 (İ.Gündoğan, 6, 31. J.Kanselo, 20. R.Mahrez, 45+2. R.Sterlinq, 57.)