"Çelsi" Frenk Lempardla yollarını ayırsa da, maaşını verməkdə davam edəcək.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, baş məşqçi klubdan öz xoşu ilə ayrılmadığı üçün rəhbərlik ona pul ödəməlidir. "Çelsi" ilə illik 4,5 milyon avro müqabilində anlaşma imzalayan 42 yaşlı mütəxəssisin sözləşməsi bu ilin yayına qədər idi. Bu isə o deməkdir ki, Lempard yaya qədər 2-2,5 milyon avro alacaq.
Qeyd edək ki, Lempard "Çelsi"nin 2019-un yayından çalışdırırdı.