İngiltərənin “Çelsi” klubu baş məşqçisi Frenk Lempardı istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi rəsmi saytı vasitəsilə 42 yaşlı məşqçinin 2022-ci ilin yayına qədər olan müqaviləsini ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, Frenk Lempard “Çelsi”ni 2019-cu ilin yayından çalışdırırdı. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb.