"Qalatasaray"ın hücumçusu Mbaye Diaqne karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, "Vest Bromviç" seneqallı forvardın keçidində maraqlıdır. Lakin ingilislər onu transfer etmək yox, icarəyə götürmək niyyətindədir. Diaqne özünü sübut edə bilsə, tərəflər yayda danışıq masası arxasına keçə bilər. "Qalatasaray" rəhbərliyi də futbolçunu icarəyə verməyə qarşı deyil.

Qeyd edək ki, Mbaye cari mövsümdə sarı-qırmızı formada meydana çıxdığı 18 matçda 11 dəfə fərqlənib.