Futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunda “Nyukasl”la qarşılaşan “Şeffild Yunayted” bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Offsideplus.az xəbər verir ki, bununla da sözügedən komandanın qələbə həsrətinə son qoyulub.
Nəticədə bu komanda 17 oyundan sonra qələbə sevinci yaşayıb. Cari mövsümdə qələbə qazana bilməyən yeganə komanda olan “Şeffild Yunayted” bu arzusuna 18-ci turda çatıb. Bununla da “böyük beşlik” ölkələri arasında cari mövsümdə qələbə qazana bilməyən kollektiv qalmayıb.
Qeyd edək ki, “Şeffild Yunayted” hazırda 5 xalla Premyer Liqanın aşkar autsayderi olaraq qalır.