Frenk Lempardın "Çelsi"dən ayrılacağı ilə bağlı xəbərlər tükənmir. Hər həftə "göndərilir", yerinə kimsə "gətirilir".

Offsideplus.az "The Guardian"a istinadla xəbər verir ki, baş məşqçi məsələyə münasibət bildirib: "Məni insanların nə düşünməsi yox, öz gördüyüm iş maraqlandırır. Yeriməyə başlayandan futbol oynamışam, 20 il peşəkar futbolçu statusu daşımışam. O vaxt da beləydim, indi də. Uduzmağı sevməyən biriyəm. "Mançester Siti"yə yenilgidən sonra hədsiz məyusluq yaşadım. Lakin biz, bizdən üstün oynayan komandaya uduzduq. 

Baş məşqçilik çətin sənətdir. Bu ağır qərarı özüm seçmişən. Teleekspert ola və ya yüngül işin qulpundan yapışa bilərdim. Lakin mən o işlərlə məşğul olmaq istəmədim. Baş məşqçiyəmsə, tənqid də olunacam, tərif də eşidəcəm".

Qeyd edək ki, 17 turdan sonra aktivində 26 xal olan "Çelsi" Premyer Liqanın 9-cu pilləsində qərarlaşıb.