"Liverpul"un baş məşqçisi Yürqen Klopp zədəli futbolçusu Tiaqo Alkantaranın durumuna aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, "qırmızılar"a keçəndən bəri cəmi 2 oyuna çıxan Alkantara oktyabrda "Everton"la matçda zədələnmişdi. Klopp dizindən xəsarət alan 29 yaşlı yarımmüdafiəçinin tezliklə komandaya qoşulacağını açıqlayıb. Tiaqonun komandayla məşqlərə qoşulduğunu deyən 53 yaşlı mütəxəssis onun yanavrın 8-də "Aton Villa" ilə görüşə çıxa biləcəyini açıqlayıb.
Qeyd edək ki, Tiaqo Alkantara bu ilin yayında "Bavariya"dan "Liverpul"a keçib