"Liverpul"un ulduzu Mohamed Salah klubdan ayrılmaq istədiyi ilə bağlı açıqlamalar verib. Komandanın baş məşqçisi Yürqen Klopp isə komandadan getmək istəyən futbolçunu saxlamayacaqlarını qeyd edib.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə Salahın keçmiş komanda yoldaşı misirli futbolçunun "qırmızılar"da xoşbəxt olmadığını açıqlamışdı. Bunun ardınca isə 28 yaşlı hücumçu "Barselona" və ya "Real Madrid"dən təkliflər gələrsə, buna "Liverpul"un cavab verə biləcəyini bildirmişdi.
Komandanın çalışdırıcısı Yürqen Klopp Salah getmək istəyərsə, onu saxlamayacaqlarını deyib. Alman mütəxəssis Salahın getmək istəyi üçün səbəbləri özünəxas şəkildə açıqlayıb:
"Bir futbolçu komandadan ayrılmaq istəsə bu ancaq hava durumuna görə ola bilər. Səbəb nə ola bilər? "Liverpul" dünyadakı ən yaxşı klublardan biridir. Pul veririk, bəlkə də maksimum deyil, amma ödəyirik. Möhtəşəm stadionumuz və tayı-bərabəri olmayan azakeşlərimiz var. Rəngimiz də qırmızıdır, xoş rəngdir, yəni başqa nə səbəb ola bilər?"
"Heç vaxt oyunçularımızın qarşısını kəsməmişik. Dəyişikliklər edirik və oyunçular alırıq. Bir futbolçu getmək istəsə önünü kəsmərik. Sadəcə niyə getmək istədiklərini anlamıram".