Vircil van Deyki sərəncamında görmək istəyən məşqçilərin arzusu ürəyində qalacaq.
"Liverpul" 29 yaşlı futbolçu ilə müqavilə müddətini uzatmağa hazırlaşır ki, bundan sonra çətin kimsə ucaboy müdafiəçiyə yaxın dura.
Offsideplus.az "The Express and Star"a istinadla xəbər verir ki, mersisaydlılar Vircillə yeni 5 illik anlaşma əldə etmək istəyir. Futbolçunun "Liverpul"da özünü xoşbəxt hiss etməsi və klub dəyişmək arzusunda olmaması məsələnin böyük ölçüdə həll olunduğuna işarədir. Bu isə o deməkdir ki, Hollandiya millisinin üzvü azı 2025-ci ilə qədər "Liverpul"a məxsus olacaq.
Qeyd edək ki, Vircil oktyabrda "Everton"la oyunda ağır zədələndikdən sonra dizindən əməliyyat olunmuşdu.