Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayıracaq.

Offsideplus.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki,onu ingiltərəli Sem Ellardays əvəzləyəcək. Rəsmi açıqlamanın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Vest Bromviç” 13 oyundan sonra turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.