“Mançester Yunayted”in futbolçusu Eşli Yanq İngiltərə Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı xəbər yayıb. Yanqın cəzalanmasına onun Premyer Liqanın son turunda “Southempton”la oyunda rəqib futbolçusunu dirsəyi ilə vurması səbəb olub. İngiltərəli yarımmüdafiəçinin bu hərəkəti oyun zamanı hakimlərin gözündən yayınsa da, federasiya onu cəzasız qoymayıb.
Beləliklə, Eşli Yanq İngiltərə Premyer Liqasında “Everton” və “Stok Siti”, kubokda isə “Derbi Kaunti” ilə oyunu buraxacaq.