"Mançester Yunayted" arzuladığı müdafiəçini heyətinə qatmağa çox yaxındır.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın oyunçusu Rafael Varanı gələn yay transfer etməyi planlaşdırır. 3 ilə yaxındır ki, 27 yaşlı fransızın nümayəndələri ilə danışıqlar aparan "Mançester Yunayted" Varanı İngiltərəyə gətirməyin bir yolunu axtarır.
Ötən gün Millətlər Liqasının 6-cı turunda İsveçlə matçda zədələnən Rafael Varanın "Real Madrid" ilə müqaviləsinin müddəti 2022-ci ildə başa çatır.
Qeyd edək ki, Aleks Ferqusen 2011-ci ildə Varanı transfer etmək istəmiş, keçid baş tutmadığı halda isə Fil Consu heyətinə qatmışdı.