İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində "Bornmut"u 3:0 hesablı məğlubiyyətə uğradan "Liverpul"un futbolçusu Muhammed Salah yeni özünəməxsus rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, Yurgen Kloppun komandasının misirli ulduzu 69-cu dəqiqədə fərqlənməklə cari mövsümdə 30-cu qoluna imza atıb və bunu bacaran ilk afrikalı futbolçu olub. Bundan əvvəlki rekord 2009-2010 mövsümündə 29 qol vurmuş Didye Droqbaya məxsus idi.
Premyer Liada bir mövsüm ərzində 30 qola imza atan 25 yaşlı Salah "Liverpul" tarixində bütün yarışlarda 40 və daha çox qol vurmuş 3-cü oyunçu olub.
Bu arada Sadio Mane də Premyer Liqada 44 qolla ən sərrast seneqallı futbolçu ünvanını ələ keçirib. Buna qədər Demba Ba 43 qolla zirvədə yer alırdı.(fanat.az)