"Çelsi" İngiltərə Premyer Liqasında iştirak üçün 25 nəfər futbolçudan ibarət siyahını təqdim edib.

Offsideplus.az xəbər verir ki, siyahıda diqqət çəkən məqamlardan biri Petr Çexin adının da əlavə edilməsidir. "Çelsi" komandanın qapıçıları Kepa Arrizabalaqa, Eduard MendiUilly Kaballeronun zədələnməsi və ya başqa təcili hallar zamanı Çexi alternativ qolkiper olaraq seçib.

Bu barədə klub bəyan edib: "Çelsi klubu Petr Çexi əvəzləyici qapıçı kimi əsas heyətə daxil edir".

"Bu, hazırda COVID-19 böhranının yaratdığı duruma görə bir ehtiyat addımıdır. Qolkiper hazırda müqaviləsiz futbolçu statusunu daşıyır".