Günlər əvvəl baş tutan "Everton" - "Liverpul" matçının söz-söhbətləri bitmək bilmir. Bu dəfə işə Mersissayd polisi qarışıb...

Offsideplus.az xəbər verir ki, oyunun bitməsindən bir neçə saat sonra "Everton"un futbolçusu RiçarlisonVan Deyki zədələyən qapıçı Cordan Pikfordla bağlı "Tvitter" sosial şəbəkəsində "tvit axını" başlayıb. Paylaşımların çoxu təhqir və təhdidedici olduğu halda isə məsələyə polislər cəlb olunub.

Mersissayd polisi BBC-yə açıqlamasında sosial şəbəkələrdəki bu cür danışıqların qəbuledilməz olduğunu və dərhal lazımi tədbirlər görülməsi gərəkdiyini bildirib.