"Çelsi"nin hücumçusu Alvaro Morata yenidən İtaliyaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində sabiq klubu "Yuventus" maraqlıdır. "Qoca sinyora" London klubunda əsas heyətə düşməkdə çətinlik çəkən ispaniyalı forvardı heyətinə cəlb etmək istəyir.
Ancaq bu transfer turinlilərə elə də asan başa gəlməyəcək. Çünki hazırda "Çelsi"də illik 8 milyon avro alan Moratanın maaşı "Yuventus"un ən ödənişli futbolçusu olan Qonzalo İquainin məvacibindən çoxdur (7,5 milyon).
Qeyd edək ki, Morata 2014-2016-cı illərdə "Yuventus"da çıxış edib.