İngiltərənin "Mançester Siti" klubu yeni mövsümün transfer hazırlıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Bornmut"un mərkəz müdafiəçisi Natan Akenin keçidini 41 milyon funt sterlinqə həll ediblər.
Hollandiya millisinin üzvü ilə müqavilənin şərtləri barədə danışıqlar gedir.
Qeyd edək ki, klub daha əvvəl "Valensiya"dan Ferran Torresin transferinə nail olub.