İngiltərənin “Şeffild Yunayted” klubu yeni transferini təqdim edib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçı Ues Foderingemi transfer edib.
İngilis futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son 5 mövsümü Şotlandiyanın “Reyncers” klubunda keçirən Foderingem maydan etibarən azad agent statusuna malik idi.