"Çelsi" klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az "Haber365"ə istinadən xəbər verir ki, London təmsilçisi "Trabzonspor"un qapıçısı Uğurcan Çakırla anlaşıb. İddiaya görə, "zadəganlar" 24 yaşlı əlcək ustası üçün qarşı tərəfə 33 milyon avro ödəyib.
Bu keçidin reallaşmasında İngiltərə klubunun köməkçi məşqçisi, bir zamanlar "Çelsi"nin şərəfini qorumuş Eddi Nuytonun böyük rolunun olduğu bildirilir.
Qeyd edək ki, "Çelsi"nin bu yay qapıçısı Kepa Arrisabalaqa ilə yolları ayıracağı gözlənilir.