"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantara “Liverpul”a keçməyə yaxındır.
Offsideplus.az “Sport.es”ə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu “qırmızılar”la razılığa gəlib.
“Liverpul” Münxen klubunun Alkantara üçün tələb etdiyi 35 milyon avronu ödəməyə hazırdır. Məbləği hissə-hissə ödəmək təklifinə “Bavariya” razı olsa, transfer baş tutacaq.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi cari mövsüm Münxen klubunda 35 matç keçirib və 3 qol vurub. Onun klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır.